2021-ci ilin birinci yarısında Azərbaycanın ixrac
etdiyi neftin orta satış qiyməti məlum olub.
Sfera.az Maliyyə Nazirliyinə istinadən bildirir ki,
cari ilin 6 ayı ərzində "Azeri light” markalı xam neftin bir barelinin dünya
bazarında orta satış qiyməti 65,2 ABŞ dolları təşkil edib. Satış qiyməti dövlət
büdcəsinin hesablanması zamanı nəzərdə tutulan qiymətdən 25,2 dollar çoxdur.