"Qalatasaray"ın keçmiş prezidentinin səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirildi

İdman
15:47 / 10.08.2021
940
"Qalatasaray"ın keçmiş prezidenti Mustafa Cengiz xəstəxanaya yerləşdirilib.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, M.Cengizin vəziyyəti dünən axşam saatlarında pisləşib. O, dərhal xəstəxanaya çatdırıldığı üçün hazırda vəziyyəti yaxşıdır.
M.Cengizin İntizam Şurasına göndərilməsi ilə bağlı bu gün verəcəyi mətbuat konfransı isə ləğv edilib.
Qeyd edək ki, klubun sabiq prezidenti uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparır. Ötən il riskli beyin əməliyyatı keçirən M.Cengiz daha sonra da mədə qanaması səbəbilə müalicə alıb.
Aysel
Sfera.az