İranda koronavirusdan 508 nəfər öldü

İranda koronavirusdan 508 nəfər öldü
İranda son 24 saatda COVID-19-dan 508 nəfər ölüb.

Sfera.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə Səhiyyə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. 

Beləliklə, ölənlərin ümumi sayı 95.111-ə çatıb.

Ölkədə 39.139 yeni yoluxma təsbit edilib və 4.636 nəfər xəstəxanaya yerləşdirilib.

İslam Respublikasında COVID-19 xəstələrinin ümumi sayı 4.238.676-ya yüksəlib.

Bu günə qədər 3.591.313 xəstə sağalıb.

Eyni zamanda, 26 milyon 683 min 686 test aparılıb.

Həmçinin 16.795.107 nəfər vaksinasiya olunub.
 
İnci  

OXŞAR XƏBƏRLƏR