Rusiyada xəstəxanada oksigenin kəsilməsinə görə 9 xəstə öldü

Dünya
23:16 / 09.08.2021
1791
Rusiyanın Vladikavkaz şəhərinin Klinik Təcili Yardım Xəstəxanasında 9 nəfər ölüb.
Sfera.az xəbər verir ki, buna xəstəxananın oksigen sistemində yaranmış nasazlıq səbəb olub.
Məluamtı rəsmi qurumlar təsdiqləyib.
Bildirilib ki, oksigen stansiyasında qəza olub. Bu səbəbdən oksigen tədarükündə fasilələr yaranıb. Faktiki olaraq yeraltı ehtiyatdan qidalanan oksigen borusu qırıldığı üçün oksigen təminatı dayanıb.