Prezidentlərin növbəti görüşü planlaşdırılır

Prezidentlərin növbəti görüşü planlaşdırılır

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə növbəti görüşünü təşkil etməyi planlaşdırır.

 

Report xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan KİV-inə müsahibəsində bildirib.

 

"Növbəti görüşün keçirilməsinin vaxtı təsdiqlənməsə də, ABŞ, Fransa və Rusiya həmsədr ölkə olaraq prezidentlərin yeni görüşünü mümkün qədər tez təşkil etməyə cəhd edir", - deyə C.Uorlik vurğulayıb.

 

Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olub. Bundan əvvəl mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli görüşü keçirilib.



OXŞAR XƏBƏRLƏR