Lukaşenko: "Mən diktator deyiləm, müxalifət günahkardır..."

Dünya
16:30 / 09.08.2021
1462
Belarus prezidenti Aleksandr Lukaşenko ötən ilki mübahisəli seçkidən sonra kütləvi etiraz aksiyaları keçirən müxalifəti çevriliş cəhdində ittiham edib.
Sfera.az xəbər verir ki, "Mən diktator deyiləm, ağlabatan bir insanam" deyən Lukaşenko, prioritetinin Belarusun təhlükəsizliyini təmin etmək olduğunu söyləyib.
Keçən il nəticələri şübhəli olduğu iddia edilən seçkilərdə 6-cı dəfə qalib gələn prezident Lukaşenko, seçkilərin birinci ildönümü üçün illik mətbuat konfransı keçirib.
27 ildir ölkəni avtoritar şəkildə idarə etməkdə günahlandırılan Belarus lideri, Qərb ölkələrinin iddia etdiklərinin əksinə olaraq, seçkilərin qaydalara uyğun keçirildiyini və müxalifətin bununla çevriliş etməyə çalışdığını iddia edib.
Çıxışında Lukaşenko, "Son seçkini siyasi həyatın tam şəffaflığı və demokratikləşməsi şəraitində həyata keçirdik. Bəziləri ədalətli bir seçkiyə hazırlaşarkən, digərləri çevrilişə cəhd etmək istəyində idi" - deyə qeyd edib.
Əzizə Zeynal
Sfera.az