Rusiya dənizdən və qurudan “hücuma keçir” – Hədəf Xəzər, Qara dəniz və Ermənistandır...

15:26 / 09.08.2021
5176
Rusiya bu gündən
etibarən Xəzərdə, Qara dənizdə, Ermənistanda və hərbi bazalarının olduğu bir sıra digər məntəqələrdə
təlimlərə başlayıb.
"Rusiyanın
Ermənistandakı bazasında da təlimlər keçirməsi zənn etmirəm ki, Ermənistana dəstək
məqsədi ilə həyata keçirilsin. Bunun əsas məqsədi bölgədə marağı olan dövlətlərə
mesaj verməkdir. Həmçinin də Ermənistanın yanlış bir addım atıb Qərbə üz tutmasına,
Qərbin Ermənistanı öz tərəfinə çəkmək planına etirazdır".
Sözgedən
hərbi təlimlərin sentyabrın 15-dək davam edəcəyi bildirilib.
Maraqlıdır,
bir aydan çox təlimlərin keçirilməsinə dair qərarın qəbul edilməsi nəyə işarədir?
Xüsusilə seçilən mövqelər hansısa məna daşıyırmı? Təlimlərin baş tutması Ermənistana
dəstəyi ehtiva edə bilərmi?
Mövcud
suallar ətrafında Sfera.az-a danışan politoloq Elman Vəliyev Rusiyanın son
zamanalr həbi təlimlərin intensivliyini artırdığını bildirib. Müsahibimiz bunun
dünyaya mesaj olduğunu düşünür:
"Rusiya
hərbi gücünü göstərməklə aşkar şəkildə mesaj verir. Yəni "bizə qarşı ola
biləcək təhlükələrə daim hazırıq və bu təhlükələri dəf etmək gücünə də malikik".
Rusiya daha əvvəl 2017-ci ildə Zapad-2017 təlimləri, 2018-ci ildə də Vostok
2018 təlimləri keçirmişdi. Bu məqamlara diqqət edək. 2017-2018-ci ildəki təlimlər
genişmiqyaslı idi. O təlimlər Belarusda, Rusiyanın qərbində, sonra da Sibirdə
keçirilmişdi. Həmin vaxt Rusiya ilə Qərbin münasibətləri gərginləşmişdi, Krım məsələsi
gündəmdə idi. Rusiya o dövrdə sanki bir gözdağı vermək niyyətinə düşmüşdü".
Politoloq
Rusiyanın indi də Qafqaz cəbhəsindən təhlükə gözlədiyini diqqətə çatdırıb:
"2021-ci
ildəki Rusiyanın təlimləri isə daha çox Cənubi və Şimal Qafqazda cərəyan edən
proseslərlə bağlıdır. Çünki gərginlik, ola biləcək təhlükələr Qafqaz cəbhəsindədir.
Eyni zamanda həm quru, həm də su təlimləri də diqqət mərkəzindədir. Yeni təlimlərin
keçirilməsi həm Rusiyanın narahatlığından, həm də güc nümayiş etdirmək istəyindən
irəli gəlir. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda proseslər bir
xeyli qarışdı. Həm region dövlətlərinin, həm Avropa İttifaqı dövlətlərinin, həm
də ABŞ-ın son proseslərdə maraqlarının artması buna səbəbdir. Rusiyanın
avqust-sentyabr aylarında təlimlər keçirmək planı NATO-nun "Agile spirit
2021- Çevik ruh" hərbi təlimlərində sonraya hesablanıb. NATO-nun belə bir əhəmiyyətli
təlim keçirməsi Rusiya üçün narahatedicidir. 15 müttəfiq və tərəfdaş dövlətlə
birgə təlim balansda fərqlər yarada bilər. Rusiya bunun fərqindədir".
Ekspert
Rusiyanın Ermənistanda təlim keçirməsini İrəvana "gözdağı" kimi qiymətləndirib:
Əzizə
Zeynal
Sfera.az