Millət vəkili üçüncü doza vaksin vurdurdu - FOTO

Millət vəkili üçüncü doza vaksin vurdurdu - FOTO
Milli Məclisin deputatı Naqif Həmzəyev 3-cü doza vaksin vurdurub.
 
Sfera.az bildirir ki, bu barədə deputat sosial şəbəkədə məlumat paylaşıb. 

"3-cü doza Pfizer peyvəndini Gəncə Beynəlxalq Xəstəxanasında vurdurdum. Yeni növ  COVID-19 virusundan qorunmanın tək yolu vaksinasiyadır", - deyə millət vəkili qeyd edib. 

Naqif Həmzəyevin bu addımı müsbət qarşılanıb. Belə ki, paylaşıma millət vəkilinin hamı üçün yaxşı nümunə olduğu barədə rəylər yazılıb. 

Xatırladaq ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatlara əsasən, 3-cü doza vaksin (buster) 2-ci dozadan 6 ay keçdikdən sonra, yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslərə) vurulması məqsədəuyğun hesab olunur. 
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR