Sabahdan açıq havada maska taxmaq yenidən məcburi olacaq - Gürcüstanda

Sabahdan açıq havada maska taxmaq yenidən məcburi olacaq - Gürcüstanda
Sabahdan, avqustun 10-dan etibarən Gürcüstanda 5 nəfərdən çox adamın toplaşaçağı açıq havada qoruyucu maska taxmaq məcburi olacaq.
 
Sfera.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.
Qərarın səbəbi ölkədə son zamanlar epidemioloji vəziyyətin kəskinləşməsidir.

Xatırladaq ki, qonşu ölkədə açıq havada maskadan istifadə tələbi iyunun 22-dən ləğv olunub. Qapalı məkanda fərdi qoruyucu vasitədən istifadə qaydası isə qüvvədədir.

OXŞAR XƏBƏRLƏR