"İran niyə Zəngəzurdan Azərbaycanı güdür?" - Politoloq

"İran dövlət nömrə nişanlı yük avtomobilləri Ermənistandan Qarabağa nə daşıyırdılar? İranın Ermənistandakı səfirinin Zəngəzura gedib oradan erməni hərbçilərlə birgə Azərbaycan tərəfini müşahidə etməsinin məqsədi nə idi?"

Sfera.az xəbər verir ki, bu sualları politoloq Elxan Şahinoğlu İran-Azərbaycan münasibətləri barədə danışarkən səsləndirib. Politoloq İranın Ermənistandan uzaq dayanmasının onlarına maraqlarına daha çox uyğun olduğunu bildirib:

"Aydındır ki, səfir özbaşına, yəni Tehrandan təlimat almadan Zəngəzura gedə bilməzdi. Əgər İran rəsmiləri Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik edirlərsə və Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyirlərsə, biz Tehranın buna uyğun siyasət yürütməsini gözləməkdə haqlıyıq.
Həsən Ruhaninin prezidentliyi dövründə ikitərəfli təmaslar, o cümlədən, Tehrandan Bakıya və əks istiqamətdə nümayəndə heyətlərinin səfərləri artdı. Tehran Bakı ilə birgə regional layihələrə maraq göstərməyə başladı. Hazırki prezident İbrahim Rəisi bu layihələri davam etdirməklə yanaşı İran şirkətlərinin Qarabağda yenidənqurma işlərində iştirak etməsini istəyir. Biz də bunu istəyirik. Biz elə etməliyik ki, İran həm sözdə, həm də əməldə Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı seçsin, Ermənistanı hər hansı bir şəkildə nəyəsə həvəsləndirməsin. Tehran Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü altılıq (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) təklifini dəstəkləyib. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın da maraqlarına cavab verir".
 
Politoloq İranın Xocalı soyqrımı ilə bağlı sənəd qəbul etməsi məsələsindən danışıb:

"İran Qərbin sanksiyaları ilə üz-üzədir və bu sanksiyaların yumşalacağı gözlənilmir. Buna görə də Azərbaycan İran üçün dünyaya açılan pəncərələrdən biridir. Şimal-Cənub nəqliyyat dəhlizi İran mallarının Avropaya daşınmasına imkan yaradır. Tehran bu əməkdaşlığın dəyərini düzgün qiymətləndirməlidir. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə Tehranda görüşü zamanı iranlı həmkarına təklif edib ki, İran parlamenti gələn il Xocalı soyqrımının 30-cü ildönümü ilə bağlı sənəd qəbul etsin. İran parlamentinin Xocalı soyqırımını pisləyən sənədin qəbulu İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Top İranın meydanındadır".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Tərtərdə minik avtomobili traktora çırpıldı

Tərtərdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az  xəbər verir ki, rayonun Evoğlu kəndi ərazis...

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...