Rusiyada metallurgiya kombinatında partlayış oldu

Rusiyada metallurgiya kombinatında partlayış oldu
Rusiyada Lipesk metallurgiya kombinatının tikilməkdə olan Novolipesk sexində partlayış baş verib.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, məlumatı fövqəladə hallar qurumu yayıb.

Partlayış səhər saatlarında oksigen-paylayıcı məntəqədə qeydə alınıb. Partlayışdan sonra yanğın olub.

Xəsarət alan və itki barədə hələlik məlumat yayılmayıb.

Partlayışın səbəbi araşdırılır.

OXŞAR XƏBƏRLƏR