Aparıcı İlhamə Quliyeva haqqında dəhşəti faktlar...

Aparıcı İlhamə Quliyeva haqqında dəhşəti faktlar...

 

"Ailəm uzun müddətdir xaricdə idi, yenicə Bakıya qayıdıb. Xanımım deyib ki, gedək İlhamə Quliyevanın qəbrini ziyarət edək. 20 il çörək kəsmişik, Allah bağışlayandır, biz nəkarəyik. Gedib, bir Quran oxutduracam".


Bu sözləri axşam.az-a açıqlamasında aparıcı-aktyor Sərxan Kərəmoğlu deyib.

O, mərhum xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən bəhs edib:

"Onunla bağlı ürəyimdə kin qalmayıb. Allah artıq onu öz dərgahına qovuşdurub. Hansı sorğu-sualdadır, biz bilə bilmərik. Orada, yəqin, indi böyük kollektiv yaradıb, konsert zalı açıb. Biz də nə vaxtsa gedib onun üzvü olacağıq.

Mən onun bacıları, oğlu ilə dostam. Onun qohumu kimi özünü qələmə verən Əli Mirəliyevlə əlaqəm yoxdur. Yaşına hörmət edirəm, qızı gözəl insandır. İnsan yaşlandıqca ağlı artar, amma bunda... Nəyəsə nail olmaq istəyirdisə, alınmadı.

İlhamə xanım yaxşıları özünə yaxın bilmirdi. Düşmənini dost hesab edirdi. İlhamə xanım kimi insanlar Azərbaycanda çoxdur".

S.Kərəmoğlu İ.Quliyevanın bir çox xalq artistinə haqsızlıq etdiyini bildirib:

"İlhamə xanım Nazpəri Dostəliyevaya, Flora Kərimovaya, Məleykə Əsədovaya haqsızlıqlar edib. Ən böyük haqsızlığı isə mənə etdi. Küsülü olduğu xanımlara deyirəm ki, ona halallıq versinlər, beş günlük dünyadır. 70 il yaşadı, ev qurdu, içində otura bilmədi".

Aparıcı İ.Quliyevanın oğlu Orxanla dostluğundan söz açıb:

"Orxan çoxlarından ağıllıdır, qeyrətlidir. Dostu üçün ölümə gedəcək oğuldur. İlhamə xanımın özünü göstərdiyi "şahənşahlı" həyatın Orxana aidiyati yox idi.

Həmişə Orxanı ləkələdilər. Bunların səbəbkarı da İlhamə xanım idi. Onun arxasınca qərəzli formada danışdığı insanlar Orxana hücum çəkdilər. Hələ bu hal davam da edir. Orxan bunun cəzasını çəkib, çəkir, çəkəcək də".

ANS-də yayımlanan "Bir gün" verilişi bağlandıqdan sonra efirdən uzaqlaşan S.Kərəmoğlu yeni layihə hazırladığından xəbər verib. O, sentyabrdan yenidən efirə çıxacağını deyib:

"ANS-də əyləncələri yığışdırdılar deyə bağlandı. Mən 5 il efirə çıxmasam da, mənə olan tamaşaçı sevgisi dəyişməyəcək. Efir bizim qidamızdır.

Biz bu xalqdan dolanırıq. Ona görə də toya gedəndə də qiyməti onları düşünüb qoymalıyıq. Müğənni var, 10-15 minə toya gedir, amma nə vaxt soruşursan, ağlayır. Qiyməti ucuz elə, hər gün toyda ol. Hamısı acından ölür".



OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...