Ermənistanda 30 nəfər kanatda köməksiz vəziyyətdə qaldı

Ermənistanda 30 nəfər kanatda köməksiz vəziyyətdə qaldı
Ermənistanın Sünik vilayətində "Tatev qanadları” adlı kanat yolunun fəaliyyətinin dayanması səbəbindən 30-a yaxın şəxs kabinələrdə köməksiz vəziyyətdə qalıb.

Sfera.az xəbər verir ki, bu barədə Sputnik-in Ermənistan bölməsi məlumat yayıb.

Bildirilib ki, şimşək təhlükəsindən dolayı kanata elektrik enerjisinin verilişi dayandırılıb.

Məlumata görə, 3 saatdan sonra Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları insanları kabinədən çıxarmağı bacarıb.

OXŞAR XƏBƏRLƏR