Bu günə qədər Türkiyədə söndürülən meşə yanğınlarının sayı bəlli oldu

Dünya
21:35 / 08.08.2021
2292
Son 12 gün ərzində ürəklərimizi yandıran meşə yanğınları ilə dövlətimiz bütün imkanlarından istifadə edərək fədakarlıqla mübarizə aparır.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.
"Bu ana qədər 47 şəhərimizdə baş verən 239 yanğının 234-ü ağır və əzmkar mübarizə nəticəsində söndürülüb", - deyə F.Altun qeyd edib.