Ərinə görə özünü güllə qabağına atdı - Şəmkirdəki cinayətin təfərrüatı

Ərinə görə özünü güllə qabağına atdı - Şəmkirdəki cinayətin təfərrüatı
Şəmkir şəhərində qadının qayınatası tərəfindən güllələnməsi ilə bağlı hadisənin bəzi təfərrüatı məlum olub.

Sfera.az "Report”a istinadən xəbər verir ki, gecə saatlarında Şəmkir rayon Yeni Həyat kəndində yaşayan, 1959-cu il təvəllüdlü Həsənov Sahib Nəriman oğlu evdə olan ov tüfəngi ilə atəş açaraq oğlu, Nicat Həsənovun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızını qarın boşluğundan güllələyib.

Kənd sakinlərinin dediyinə görə, əslində mübahisə ata ilə oğlu arasında yaşanıb. S.Həsənov qoşa lüləli ov tüfəngi ilə oğlu tərəfə atəş açıb, bu zaman gəlin həyat yoldaşının qarşısına keçib və güllə ona dəyib.

"Sakit ailə olublar, daha əvvəl ciddi mübahisələrini nə eşitmişik, nə də görmüşük. Zəhmətkeş ailədirlər, kənd təsərrüfatı ilə məşğuldurlar. Əkdikləri göy-göyərtini satıb dolanırlar. Kişinin iki oğlu var, biri subaydır. Hamısı bir evdə yaşayırlar. Mübahisə nə üstündə olub, dəqiq bilmirik. Amma kişi bəzən içirdi.

Yəqin sərxoş olub, əsəbiləşib deyə bu hal yaşanıb. Qadının qayınatası ilə bir probleminin olduğunu da eşitməmişik, sakit qadın idi. Elə qayınatası da kənddə sakit bir insan kimi tanınır. Eşitdik, özümüz də məəttəl qaldıq bu olanlara”.

Qeyd edək ki, ağır xəsarətlər alan S.Qasımova Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...