Britaniyada 28 mindən çox insanda koronavirus aşkarlandı

Dünya
23:21 / 07.08.2021
2487
Böyük Britaniyada son sutka ərzində 28 612 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 042 252 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 103 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 130 281 nəfərə çatıb.