Antalya meri xəstəxanalıq oldu

Dünya
23:12 / 07.08.2021
2593
Türkiyənin Antalya şəhərinin meri Muhittin Böcek yerli xəstəxanaların birinə yerləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə "Sabah” qəzeti məlumat yayıb.
Nəşr onun hansı səbəbdən xəstəxanaya yerləşdirildiyini yazmayıb.
Qeyd edək ki, ötən il avqustun 17-də Böcek koronavirusa yoluxması səbəbindən xəstəxanaya yerləşdirilmiş, noyabr ayınadək intensiv terapiya palatasında yatmışdı.