“MÜSTƏQİLLİK GÜNÜ: DİRÇƏLİŞ” fəlakət filminin ictimai nümayişi keçirilib

“MÜSTƏQİLLİK GÜNÜ: DİRÇƏLİŞ” fəlakət filminin ictimai nümayişi keçirilib
İyunun 22-də Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers-də yerləşən kinoteatrının İMAX zalında Gazelli Group-un sponsorluğu ilə "Müstəqillik günü: Dirçəliş” fəlakət filminin ictimaiyyət nümayəndələri üçün nümayişi keçirilib. Park Cinema kinoteatrlar şəbəkəsinin ənənə halı alan və kinohəvəskarlarının rəğbətini qazanmış bu cür nümayişlərində hər dəfə olduğu kimi KİV nümayəndələri, xalq artisti Faiq Ağayev, şairə Nərminə Məmmədzadə, tanınmış rejisser Şamil Quliyev, aktyorlar, mədəniyyət və incəsənət xadimləri, bloqerlər iştirak ediblər. "1996-cı il müharibəsi” kimi məlum olan hadisələrin nəticəsində Yerin sakinlərinin təqribən yarısı məhv edilmişdi. Bəşəriyyət heç vaxt tam məhv olmağa bu qədər yaxın olmamışdı. Yadplanetlilərin hücumundan sağ çıxmış insanlar Yerdə həyatı yenidən dirçəltmək üçün həlak olanları heç vaxt unutmayacaq və daim xatırlayacaqlar ki, bizim gücümüz birliyimizdədir. Bəşəriyyətin tam məhv olunması təhlükəsinin gözlənilməz, lakin əlverişli effekti olmuşdu: yüzilliklər boyu davam edən münaqişələr və siyasi etibarsızlıq öz yerini dünyanın bütün xalqlarının görünməmiş əməkdaşlığına vermişdi. 1996-cı il müharibəsindən sonra yadplanetlilərin texnologiyalarını istifadə edən xalqlar birləşərək iyirmi il ərzində planeti yenidən qururdular və Yeri yad planetlərdən olan təcavüzkarlardan qorumaq üçün misli görünməmiş müdafiə proqramı yaradırdılar. Yerin Müdafiəsi Proqramı (YMP) erkən xəbərdarlıq sistemi və vahid qlobal müdafiə vasitəsi kimi çıxış edirdi. Lakin bu kifayətdirmi? Axı yadplanetlilər də yeni hücuma hazırlaşırdılar... Filmdə Liam Xemsvort (Ceyk Morrison), Ceff Qoldblüm (Devid Levinson), Bill Pullman (Prezident Uitmor), Mayka Monro (Patrisiya Uitmor), Şarlotta Qensbur (d-r Ketrin Marso) və başqaları çəkiliblər. Filmin rejissoru Roland Emmerix, ssenari müəllifi və prodüseri Din Devlindir.

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...