Türkiyə meşələrindəki 12 yanğından 7-si söndürüldü

Dünya
19:40 / 07.08.2021
1531
Bu gün Türkiyənin cənubundakı meşələrdə 12 yanğın ocağından 7-si söndürülüb.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun "Twitter” səhifəsində yazıb.
Hazırda 4-ü Muğlada və 1-i Spartada olmaqla, 5 meşə yanğınının söndürülməsi istiqamətində səylər davam edir.
İndiyə qədər meşə yanğınlarında 8 nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.