Tokio 2020: Azərbaycan karateçisi gümüş medal qazandı + YENİLƏNİB

İdman
16:15 / 07.08.2021
1986
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Sfera.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.
15:32
Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarımfinalda çıxış edib.
Sfera.az-ın məlumatına görə, İ.Zaretskaya yarımfinal görüşündə Çin idmançısı Qon Liyə qalib gələrək finala çıxıb.
Karateçimiz qrup mərhələsində keçirdiyi 4 görüşdən 3-də qalib gələrək 6 xalla qrup lideri olub.