Tokio-2020: Şərif Şərifov bürünc, Hacı Əliyev qızıl medal qazana bilər

14:09 / 07.08.2021
1576
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
Sfera.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.
7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda güləşəcək. Onun rəqibi kubalı Reyneris Salas Peres olacaq.
Azərbaycanın digər sərbəst güləşçisi Hacı Əliyev (65 kq) isə finalda Takuto Otoquro (Yaponiya) ilə qarşılaşacaq.