Neft ucuzlaşacaq

İqtisadiyyat
12:41 / 07.08.2021
1324
Dünyanın ən böyük neft-qaz xidməti şirkətlərindən olan "Baker Hughes”in açıqladığı həftəlik məlumata görə ABŞ-da neft qazma qurğularının sayı həftə ərzində 2 ədəd artaraq 387-yə yüksəlib.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, illik müqayisədə ABŞ-da neft qazma qurğularının sayında artım isə 211 ədəd olub.
ABŞ-da qazma qurğularının sayındakı artım ölkədə neft hasilatının artırılmasından xəbər verir. Bu cür xəbərlər neft qiymətlərinin enməsi yönündə təsir göstərir.
Vasif
Sfera.az