Azərbaycan 6-cı medalı təmin etdi - TOKİO-2020

İdman
12:01 / 07.08.2021
976
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.
Sfera.az-ın məlumatına görə, buna 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçi İrina Zaretska nail olub.
Dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib.
Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.