Ucarda intihar edən qadının məktubu: "Əziz və hörmətli polis işçiləri...” - DETALLAR

Ucarda intihar edən qadının məktubu:
"Fatma özünü uşaqlarının yürüyünü asdığı dəmir halqadan asıb".

Bunu Yuxarı Şilyan kəndnin icra nümayəndəsi Sabir Hacıyev Fatma Mikayılovanın intiharından danışarkən deyib. Sabir Hacıyev faciəli hadisənin detallarını açıqlayıb:

"Qadın evdə tək olub. 15 il əvvəl həyat yoldaşı dünyasını dəyişib. İki oğlu, bir qızı var. Ondan sonra Fatma uşaqlarnı da götürüb Bakıya köçdü. İki gün əvvəl rayona gəlib - qaynı toy edirdi, ora dəvət olunmuşdu. Amma kəndə gəldiyini yaxın qohumlarının heç birinə deməyib. Dünən Bakıdan qızı zəng edib, telefonu götürməyib. Qızı narahat olub, əmisi arvadına zəng edib ki, "anam telefonu götürmür, narahatam". Əmisi arvadı gəlib görüb ki, Fatma özünü eyvandan asıb. Uşaqların yürüyünü asmaq üçün dəmir halqa varmış, baş dəsmalını keçirdib həmin halqaya, özünü asıb. Ayağının altına balaca stol qoyub, görüb ki, əli çatmır stolun üstünə balaca bir qazan da qoyub. Bir də məktub yazıb. Məktubda "əziz və hörmətli polis işçiləri, mənim ölümümlə bağlı yaxınlarımı narahat etməyin. Öz əməlimdir. Səhhətimdəki problemlə bağlı bu işi törətdim, mənim də böyük arzularım vardı, təəssüf ki, belə oldu", - deyə yazıb. Məktubun da üstünə daş qoyub ki, külək aparmasın".

Sabir Hacıyev Fatma Mikayılovanın səhhətində hər hansı bir problemin olmadığını da vurğulayıb: "Onun heç vaxt xəstəliyi olmayıb".

Qeyd edək ki, ötən gün Ucarda intihar hadisəsi qeydə alınıb. Bakı şəhərində oğlanları ilə birgə yaşayan Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1960-cı il təvəllüdlü Fatma Qasım qızı Mikayılova Ucarda ona məxsus evdə özünü asıb. // Qaynarinfo


OXŞAR XƏBƏRLƏR

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...