Hacı Əliyev çempionluq görüşünə çıxır

İdman
10:55 / 07.08.2021
1046
Bu gün Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020-də final görüşünə çıxacaq.
Sfera.az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımızın rəqibi Takuto Otoquro (Yaponiya) olacaq.
Döyüşün Bakı vaxtı ilə saat 14:40-da başlaması gözlənilir.
Qeyd edək ki, H.Əliyev bundan əvvəlki mərhələlərdə Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan), Bacranq Puniya (Hindistan) qalib gələrək finala yüksəlib.