Kəmaləddin Heydərovdan vətəndaşlara MÜRACİƏT

Kəmaləddin Heydərovdan vətəndaşlara MÜRACİƏT
Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov APA-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Hazırda Türkiyədə yanğınların söndürülməsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri də iştirak edir. Əlavə qüvvələrin də göndərilməsi nəzərdə tutulurmu?

- Bəli, Prezidentin müvafiq tapşırığına əsasən, Azərbaycan bu gün Türkiyədə meşə yanğınlarının qarşısının alınmasında qardaş dəstəyi göstərir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirir.

Onu qeyd edim ki, qardaş Türkiyədə baş verən meşə yanğınları hər gün Prezidentin diqqət mərkəzindədir. Türkiyədə yanğınların söndürülməsi prosesi ilə bağlı Prezidentə gündəlik və mütəmadi olaraq vəziyyət məruzə edilir. Ali Baş Komandan tərəfindən qardaş ölkəyə dəstək göstərilməsi üçün mütəmadi yeni göstəriş və tapşırıqlar verilir.

Prezident Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının qardaş ölkədə göstərdikləri peşəkarlığı və fədakarlığı yüksək qiymətləndirib, şəxsi heyətə öz təşəkkürünü bildirib. Eyni zamanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinə təşəkkürünü çatdırmağı tapşırıb.

Biz gün ərzində bir neçə dəfə Türkiyə hökumətinin üzvləri ilə əlaqə saxlayaraq vəziyyəti müzakirə edirik və buna uyğun addımlar atırıq. Bütün proseslər barədə mütəmadi olaraq Prezidentə məruzə olunur.

Qeyd edim ki, hazırda Türkiyə Respublikasında olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin rəhbərliyi ilə mütəxəssislərimiz yanğınların qarşısının alınması prosesinin koordinasiya edilməsində türkiyəli qardaşlarımızla birgə fəaliyyət göstərirlər.

Türkiyədə yanğınların qarşısının alınması üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 510 nəfərlik şəxsi heyəti, bir "Be-200 ÇS” amfibiya təyyarəsi, bir helikopteri, 93 yanğınsöndürmə texnikası cəlb olunub. Nazirliyin əməkdaşları Türkiyənin Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının mühafizəsi ilə də məşğul olurlar.

Dövlət başçısının tapşırığı ilə bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin daha 200 əməkdaşı Türkiyəyə göndəriləcək.

Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. İstər xalqlarımız, istərsə də dövlət başçılarımız həmişə bu ideyaya sadiq qaldığını nümayiş etdirib. Bu gün də biz bu dostluq və qardaşlığın ən yüksək səviyyədə olan növbəti nümunəsini müşahidə edirik.

İnanırıq ki, qardaş Türkiyədə tezliklə yanğınlar söndürüləcək. Qardaşlarımız indiyə qədərki bütün çətinliklərdən olduğu kimi bu sınaqdan da əzmlə və bacarıqla çıxacaqlar. Azərbaycan yanğınsöndürənləri və xilasediciləri də yanğınların qarşısı tam alınana qədər türkiyəli qardaşlarının yanında olacaq.

- Son günlər Azərbaycanda da bir neçə meşə massivində və ağaclıq ərazilərdə yanğınlar oldu. Hazırda bizim ölkəmizdə vəziyyət necədir?

- Son günlər Hirkan qoruğunda və Yardımlı rayonu ərazisindəki meşə massivində yanğın baş verib. Ağsu aşırımında da ağaclıq ərazidə yanğın baş verib. Artıq bu yanğınlar nazirliyin yanğınsöndürmə heyəti tərəfindən söndürülüb.

Lakin mən fürsətdən istifadə edərək, meşəlik ərazilərə səyahət edən, burada dincələn insanlara müraciət etmək istəyirəm. Onlar meşəlik ərazidə tonqal qalamaqdan, oddan istifadə etməkdən çəkinməlidirlər. Siqaret kötüyünün belə sönməsinə əmin olmaq lazımdır. Əks təqdirdə, adi bir ehtiyatsızlıq böyük fəlakətə səbəb olur.

Ölkəmizin flora və faunası hamımız üçün əvəzolunmaz sərvətdir. Həmin meşə massivlərinin bərpa olunması illərlə vaxt tələb edir. Üstəlik yanğınlar hava çirkliliyinin artmasına səbəb olur. Buna görə də mən hər bir vətəndaşımızdan həssaslıq göstərməyi xahiş edirəm.


OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...