Jirinovski Lukaşenkoya Avropadan qisas almaq üçün plan təklif etdi

Jirinovski Lukaşenkoya Avropadan qisas almaq üçün plan təklif etdi
Rusiya Liberal Demokrat Partiyasının lideri Aleksandr Lukaşenkoya əfqanıstanlı qaçqınlardan istifadə etməyi məsləhət görüb.

Sfera.az-ın məlumatına görə, Vladimir Jirinovski özünün Telegram kanalında Belarusun Polşa və Litvanın təxribatlarına cavab vermək üçün yaxşı bir fürsətə sahib olduğunu söyləyib.

O, Aleksandr Lukaşenkoya hərbi münaqişə səbəbindən ölkəsini tərk etmək arzusunda olan Əfqanıstan vətəndaşlarının heç bir problem olmadan Avropaya gedə bilmələri üçün  Kabul-Brest dəmir yolu marşrutunu təşkil etməyi təklif edib.

Jirinovskinin sözlərinə görə, Belarusun silahlı qüvvələr yüz minlərlə qaçqının Brestdən Litva və ya Polşa sərhədinə keçməsinə kömək edəcək:

"Avropa Birliyinin qaydalarına görə, nə Varşava, nə də Vilnüs qaçqınların Polşa və Litva ərazilərinə girişinə icazə verməmək haqqı yoxdur, adıçəkilən ölkələr miqrantlara sığınacaq verməyə borcludur. Görək polyaklar və litvalılar bundan məmnun qalacaqmı?”
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR