"Kolbasa kralı"nı öldürən şəxs təcridxanadan qaçıb

Kriminal
14:52 / 06.08.2021
1504
"Ət İmperiyası" və "Ozeretski kolbasaları"nın sahibi, "kolbasa kralı" kimi tanınan Vladimir Maruqovu Aleksandr Mavridi müvəqqəti saxlama təcridxanasından qaçıb.
Sfera.az bildirir ki, bu barədə məlumatı Moskva vilayətinin prokurorluğu yayıb.
Moskva yaxınlığındakı İstra şəhərində yerləşən təcridxanadan qaçış zamanı Mavridinin yanında İvan Tsurkanu, Aleksandr Butnaru, Denis Grozavu və Nikolay Teterya da olub.
Məlumata görə, onlar silahlı olmayıblar və təcridxananın işçiləri xəsarət almayıb.
Qeyd edək ki, Vladimir Maruqov 2020-ci ilin noyabr ayında Moskva bölgəsindəki bağ evində öldürülüb.
Aysel
Sfera.az