Azərbaycanda kreditlərin 53 faizini 4 bank verib

İqtisadiyyat
14:29 / 06.08.2021
713
Azərbaycanın kommersiya banklarından dördünün kredit qoyuluşunun həcmi 1 milyard manatdan çoxdur.
Sfera.az bildirir ki, 2021-ci ilin iyulun 1-nə olan məlumata görə bir milyard manatdan artıq kredit verən banklar "Azərbaycan Beynəlxalq Bankı”, "PAŞA Bank”, "Kapital Bank” və "Xalq Bank”ıdır.
Bankların açıqladığı məlumata görə kredit qoyuluşu "Azərbaycan Beynəlxalq Bankı”nda 2,44 milyard manat, "PAŞA Bank”da 2,144 milyard manat, "Kapital Bank”da 2 milyard manat, "Xalq Bank”da 1,4 milyard manatdır.
Adıçəkilən 4 bankın ayırdığı vəsait (7,88 milyard manat) Azərbaycandakı cəmi kredit qoyuluşunun 53 faizini təşkil edib.
Vasif
Sfera.az