Lirə dollar qarşısında ucuzlaşmağa davam edəcək: Məzənnə 9,35 olacaq

İqtisadiyyat
14:28 / 06.08.2021
744
Türkiyənin real və maliyyə sektoru təmsilçiləri dollarla lirə kursunun bir ildən sonra 9,37 səviyyəsinə yüksələcəyini gözləyir.
Sfera.az "İnvesting.com” saytına istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankı biznes strukturları arasında sorğu keçirib. Sorğuda inflyasiya və məzənnə gözləntisi ilə bağlı fikirlər öyrənilib.
Biznes sektoru hesab edir ki, Türkiyədə illik inflyasiya 16,3 faizdən 12,5 faizə enəcək, məzənnə 8,6-dan 9,37-ə yüksələcək.
Vasif
Sfera.az