Rusiyanın müdafiə naziri Zelenskiyə lətifəylə cavab verdi: “Burada fəvvarə olub?”

14:05 / 06.08.2021
2080
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu
maraqlı açıqlaması ilə diqqətləri öz üzərinə çəkib. Belə ki, onun Zelenskinin
Ukraynanın Krımın Ukraynanın tərkibindəki gələcəyi ilə bağlı açıqlamasına verdiyi
cavab öz orijinallığı ilə fərqlənib.
Sfera.az-ın məlumatına görə, Rusiya
Federasiyasının müdafiə naziri Sergey Şoyqu
Ukrayna prezidenti Vladimir Zelenskinin Krımla bağlı sözlərinə çalışmayan fəvvarə
haqda Odessa lətifəsi ilə cavab verib:
"Bilirsiniz, bir köhnə Odessa lətifəsi
var. Həmin lətifədə əcnəbi qonaq çalışmayan fəvvarəyə işarə edərək odessalıdan
soruşur: "Burada fəvvarə olub?” Odessalı onun sualına belə cavab verir: "Olub
niyə? O həmişə olub, var və olacaq”,- deyə nazir söyləyib.
Onun sözlərinə görə, Ukrayna liderləri gəldi-gedərdi,
yarımada isə həmişə Rusiyaya aid olub, bundan sonra da ona aid olacaq.
Selcan
Sfera.az