“Artıq “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək” – Vüqar Bayramov

13:35 / 06.08.2021
1232
Uzun müddət idi ki, sahibkarların artıq ödədiyi
Əlavə Dəyər Vergisini (ƏDV) geri almaqda çətinlikləri var idi. Əvəllər artıq ödənilmiş
vəsaitin geri alınması ya mümkün olmurdu, ya
da uzun müddət tələb edirdi. Əksər hallarda sahibkarlar əvəzləşməyə getmək
məcburiyyətində qalırdılar.
Sfera.az-ın məlumatına görə, bununla bağlı
iqtisadçı-deputat Vüqar Bayramov deyib ki, artıq "Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək.
Millət vəkilinin sözlərinə görə, bu, bütövlükdə
vergi sisteminin elektronlaşdırılması, xidmətlərə əlçatanlığın genişləndirilməsi
və xüsusən dövlət büdcəsi ilə qarşılıqlı hesabalaşmalarda müasir praktikaya
uyğun, dünya təcrübəsində tətbiq edilən
nümunələrdən istifadə edilməsi baxımdan vacib idi:
"”Vahid elektron lövhə” dünya təcrübəsində
"electronic VAT refund service” prinsipinə uyğun olaraq, ƏDV-nin geri
qaytarılması üçün elektron müraciət və addımları nəzərdə tutur. Dövlət Vergi
Xidmətinin tətbiq etdiyi bu platforma vergi ödəyəcilərinə imkan verəcək ki, ƏDV
üzrə artıq vergi ödədikləri halda, həmin vəsaitin büdcədən geri qaytarılmasını
təmin edə bilsinlər.
Sahibkarları, vergi ödəyicilərini uzun müddət
idi ki, ən çox narahat edən məsələlər sırasına ƏDV üzrə ödənişlər zamanı artıq
ödəmələrin geri qaytarılmasındakı çətinliklər daxil idi. Vəsaitlərin geri
qaytarılması ilə bağlı prosedurun mürəkkəbliyi zaman baxımından xeyli müddət tələb
edirdi. Ancaq yeni mexanizm imkan verəcək ki, vergi ödəyicisi artıq ödəməsi
olduğu halda elektron müraciət edərək daha qısa zamanda artıq ödəməni geri ala
bilsin. Bu isə prosedurun sadələşdirilməsi ilə vəsaitə və zamana qənaət edilməsi
anlamına gəlir”.
V.Bayramov qeyd edib ki, yeni mexanizm vergi
ödəyicisinə müraciətini elektron izləməyə imkan verəcək:
Günay Rəsulqızı