Miri Yusiflə Röya Ayxandan gözlənilən duet – AUDİO

Miri Yusiflə Röya Ayxandan gözlənilən duet – AUDİO

Müğənni Miri Yusif və əməkdar artist Röya Ayxan sayca 3-cü duetlərini sevənlərinə təqdim ediblər.

Oxu.Az xəbər verir ki, M.Yusif iyunun 4-də keçirdiyi mətbuat konfransında tanınmış rusiyalı DJ Matuya ilə ərsəyə gətirdiyi "Bomba kimi” adlanan klipini təqdim etmiş və yaxın günlərdə  Röya Ayxanla yeni duetini təqdim edəcəyini bildirmişdi.

Əməkdar artistlə müğəninin birgə ifa etdiyi bəstə "Səndən bir dənədir” adlanır. Mahnının sözləri Miri Yusif, musiqisi və aranjimanı Kamil Əhmədbəyli ilə Tural Əliyevə məxsusdur.


 

Bu, ifaçıların ilk işbirliyi deyil. Bundan əvvəl məşhurlar "Liman” və "Biz qalib olacağıq” adlanan mahnılarını dinləyicilərinin ixtiyarına vermişdilər.

Qeyd edək ki, Miri Yusif 8-9 iyulda Yaşıl Teatrda ikigünlük solo konsertindən sonra qardaş Türkiyədə də konsert proqramı ilə çıxış edəcək. Bu isə oktyabr ayına planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...