Mariya Stadnik darmadağınla yarımfinala yüksəldi - Tokio-2020

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Sfera.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gəlib.
Birinci hissədə Stadnik xəbərdarlıq xalı ilə geri düşüb. İkinci yarıda rəqibinə daha 10 xal verən Stadnik vaxtından əvvəl məğlubiyyətlə üzləşib. O, sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
***
Azərbaycan güləşçisi Mariya Stadnik Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sfera.az xəbər verir ki, o, 1/8 finalda Rusiya Olimpiya Komitəsini təmsil edən Stalvira Orşuşla qarşılaşıb.
Mariya bu görüşdə 11:7 hesabı ilə qalib gələrək, 1/4 finala adlayıb.
***
Stadnikin 1/4 finalda rəqibi tunisli Sarra Həmdi oldu.
***
Mariya Stadnik 1/4 finalda tunisli Sara Həmdi ilə üz-üzə gəlib. O, bu görüşdə erkən qələbə qazanıb. O, 10:0 hesablı qalibiyyətə sevinib. Mariya 1/2 finala vəsiqə əldə edib. M.Stadnik yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gələcək.