Hacı Əliyev yarımfinala yüksəldi

Hacı Əliyev yarımfinala yüksəldi
Azərbaycan güləşçisi Hacı Əliyev Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sfera.az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımız 1/8 finalda seneqallı Adama Diatta ilə qarşılaşıb.

O, bu görüşdə 4:0 hesablı qələbə qazanıb.

Hacı Əliyev (-65 kq) 1/4 finalda 3 qat Asiya çempionu Daulet Niyazbekov  ilə qarşılaşacaq.

***

Hacı Əliyev Daulet Niyazbəkov üzərində 9:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıb. O, yarımfinalda hindistanlı Bacranq Bacranqla güləşəcək.


OXŞAR XƏBƏRLƏR