ABB təmassız ödəniş imkanlarını genişləndirir!

Garmin Pay-i aktivləşdirmək üçün müştəri mobil telefonunda Garmin saatına aid tətbiqə daxil olur. Saat tənzimləmələri hissəsində Garmin Pay-i seçir. ABB-dən olan Visa kartını bura daxil edib qeydiyyatı tamamlayır. Sonra saatdakı cüzdana keçid edərək şifrəni daxil etməklə kartı seçir. Cəmi bir neçə dəqiqə çəkən bu prosedurlardan sonra Garmin saatı təmassız ödənişlər üçün hazırdır.
ABB müştərilərə ödəniş kartlarının ən müxtəlif çeşidlərini təklif edir. Kartlar haqqında ətraflı məlumatı buradan əldə etmək və istənilən kartı onlayn sifariş vermək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.