“Leş Tofiq”in qardaşı da həbs edildi - VİDEO

“Leş Tofiq”in qardaşı da həbs edildi - VİDEO
Aşağı Güzdək qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. 

Sfera.az xəbər verir ki, Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum edilmiş qəsəbə sakini Rasim Rzaxanov da saxlanılıb. Onun evinin həyətinə baxış zamanı 1 kiloqrama yaxın marixuana və 15 ədəd xüsusi qulluq edərək yetrişdirdiyi çətənə kolu aşkar edilib. Rasim Rzaxanov ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

Qeyd edək ki, narkotik vasitələrin kultivasiyası, eləcə də qanunsuz dövriyyəsində şübhəli bilinən Rasim Rzaxanov ölmüş iri buynuzlu qidaya yararsız mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, həmçinin emalı ilə məşğul olduğu üçün bir neçə il bundan əvvəl saxlanılan mütəşəkkil dəstə başçısı Alıbəy Rzaxanovun ("Leş Tofiq”) qardaşıdır.

Faktlarla  bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.  


OXŞAR XƏBƏRLƏR

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...