Jurnalistlər binasından yıxılan qadınla bağlı Rəsmi açıqlama

Jurnalistlər binasından yıxılan qadınla bağlı Rəsmi açıqlama
Jurnalistlər üçün tikilən 1-ci binada yaşayan media əməkdaşı Bahar Məmmədova binanın ikinci mərtəbədə yerləşən mənzilinin balkonundan yıxılıb.

Sfera.az xəbər verir ki, hadisə ötən gün baş verib. Bu barədə onun həmkarları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, jurnalistin vəziyyəti ağırdır, onun əməliyyata ehtiyacı var. Məlumata görə, hadisə baş verən gün B. Məmmədova Travmatologiya Xəstəxanasına yerləşdirilib. İddiaya əsasən, ona sarğı və gips qoyulduqdan sonra jurnalist ambulans vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) göndərilib. Yaxınları həkimlərin B. Məmmədovanı maddi vəziyyəti ilə əlaqədar digər xəstəxanaya göndərildiyini iddia ediblər. 

"Qafqazinfo” jurnalistin səhhəti ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışla əlaqə saxlayıb. O bildirib ki, adıçəkilən şəxs 4 avqust tarixində ET Travmatologiya və Ortopediya İnstitutuna daxil olub: "Xəstəyə müştərək travma, qarın boşluğunun küt travması, 3-cü bel fəqərəsinin kompression sınığı, 1-ci və 4-cü fəqərə çıxıntılarının sınığı, hər iki said sümüklərinin tipik yerdən yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin aşağı 1/3 oynaqdaxili yerdəyişmiş sınığı, sol iç topuğun yerdəyişməyən kənari sınığı diaqnozu qoyulub.

ET Travmatologiya və Ortopediya İnstitutunda xəstənin hər iki said sümükləri ilkin olaraq repoziya, sağ baldır sümükləri "U" vari arxa gips langeti ilə fiksasiya edilib. Sol aşıq baldır oynağı sarğı olunub.

Xəstədə qarın boşluğunun küt travması və aşağı ətraflarda hissiyat pozğunluğu olduğu üçün 3 saylı Sabunçu Şəhər Xəstəxanasına təxliyyə edilib. Hazırda B. Məmmədova həkimlərin ciddi müşayiəti altındadır”.



OXŞAR XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az “Kyodo” agentliyinə istinadən xəb...

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.07.2025 - 27.0...

Tailand və Kamboca atəşkəs əldə edib

Tailand və Kamboca dərhal atəşkəs barədə razılığa gəliblər.   Sfera.az TASS-a istinadən xəbərinə verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İb...