Rusiya Əfqanistanla sərhədə nüvə bombardmançıları göndərdi

Rusiya Əfqanistanla sərhədə nüvə bombardmançıları göndərdi
Rusiya Əfqanıstanda vəziyyətin gərginləşməsi fonunda keçirilən təlimlərdə 4 ədəd Tu-22M3 səsdən sürətli bombardmançı təyyarəsindən istifadə edəcək. 
 
Sfera.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. 

Özbəkistanda keçiriləcək təlimlərdə praktiki əməliyyatlar zamanı təyyarələrin ekipajları Saratovda aerodromdan havaya qalxacaq,Termez poliqonuna uçacaq və şərti düşmənin mövqelərinə zərbələr endirəcək.

Təlimlərin Əfqanıstanla sərhəd bölgədə avqustun 10-dək davam edəcəyi qeyd olunur. Təlimlərdə Rusiya tərəfdən 1,5 min heyətin iştirakı gözlənilir. 
Xatrıladaq ki, ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasına başladıqdan sonra, ölkədə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən Taliban silahlıları və hökumət qüvvələri arasında qarşıdurma güclənib.

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR