Lukaşenko bütün sərhədləri bağlamağı əmr etdi: “Belarusa bircə nəfərin də ayağı dəyməyəcək”

14:19 / 05.08.2021
2343
Belarus prezidenti Aleksandr Lukaşenko silahlı
qüvvələrə sərhədləri bağlamağı tapşırıb.
Sfera.az-ın RİA "Novosti” yə istinadla məlumatına
görə, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə əhalisi özünü rahat hiss
etsin deyə, silahlı qüvvələrə sərhədi bağlamağı tapşırıb.
"Bu gündən etibarən qonşu dövlətlə sərhədin
nə cənub, nə də qərb istiqamətindən Belarus
ərazisinə bircə nəfərin belə ayağı dəyməməlidir", - deyə ölkə liderinin
saytında yazılır.
Dövlət başçısı müşavirə zamanı həmçinin dövlət sərhədinin mühafizəsi və
pozulması faktlarının qarşısının alınması üçün əlavə tədbirlərin görülməsini
tapşırıb. Lukaşenkonun fikrincə, vətəndaşlar bilməlidir ki, onları qorumağa
hazır insanlar var.
"Bizim əsas vəzifəmiz budur. Qonşu tərəf dəvət etdiyi qeyri-leqal
miqrantları rəsmi keçid məntəqələrindən ölkə ərazisindən çıxarmağa başlasa, nə
edəcəyik? Siz bunun nəticələrini bilirsiniz, elə onlar da bilir. Onlara xəbərdarlıq
etdik, indi qoy özləri düşünsün”, - deyə prezident vurğulayıb.
O, əlavə edib
ki, indi top qonşu dövlətlərin tərəfindədir.
Selcan
Sfera.az