Çin dəmiri ucuzlaşdırır

İqtisadiyyat
11:46 / 05.08.2021
786
Dünyanın ən böyük polad istehsalçısı olan Çinin
karbon emissiyasını azaltmaq üçün polad istehsalını azaldacağı xəbəri dəmir
filizinin qiymətlərində kəskin düşüşə səbəb olub.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, son
müqavilələrdə dəmir filizinin bir tonunun qiyməti 222 dollardan 174 dollara qədər
geriləyib. Yalnız bir gündə uzuclaşma 6 faizi ötüb.
Çinin rəsmi qurumlarının məlumatına görə karbon
emissiyasının 15 faizi polad istehsalı zamanı yaranır. Yüksək payın azaldılması
üçün Çin hökuməti istehsalı müəyyən qədər azaldaraq, ixrac qiymətlərini tənzimləmək
istəyir. Hazırda Çində polad istehsal edən müəssisələrin yarısı dövlətə məxsusdur.
Bu səbəbdən Çinin istehsalı azaltma prosesini sürətlə həyata keçirəcəyi güman
edilir.
Vasif