Mariya Stadnik və Hacı Əliyevin rəqibləri bilindi

Mariya Stadnik və  Hacı Əliyevin rəqibləri bilindi
Azərbaycanın sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.

Sfera.az xəbər verir ki, idmançılarımız yarışa 1/8 finaldan start verəcək.

 

50 kq çəki dərəcəsində çıxış edən Stadnik və 97 kq çəkidəki Şərifov Rusiya Olimpiya Komitəsinin təmsilçiləri - müvafiq olaraq, Stalvira Orşuş və Abdulrəşid Sadullayevlə üz-üzə gələcək.

65 kq-da mübarizə aparan Əliyev isə seneqallı Adama Diatta ilə görüşəcək.

 

Hər iki güləşçimiz mübarizəyə sabah qoşulacaq.

 

Zeynəb

Sfera.az


OXŞAR XƏBƏRLƏR