Türkiyə ordusunda yeni təyinatlar oldu

Türkiyə ordusunda yeni təyinatlar oldu
Türkiyə Ali Hərbi Şurasının iclası başa çatıb.

Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın iclasda qəbul olunmuş qərarları açıqlayıb.

Qərara əsasən, 44 general və admiralın səlahiyyət müddəti 1 il, 320 polkovnikin səlahiyyət müddəti isə 2 il uzadılıb.

Bildirilib ki, 1 general yaş həddi səbəbindən 2021-ci il sentyabrın 1-dən, 29 general və admiral isə 2021-ci il avqustun 30-dan təqaüdə göndəriləcək.

Məlumata görə, 17 general və admiral bir üst rütbə, 56 polkovnikə isə general və admiral rütbələri verilib.

Bildirilib ki, Quru Qoşunları komandanı Ümit Dündar yaş həddi səbəbindən təqaüdə çıxdığı üçün Birinci ordu komandanı, ordu generalı Musa Avsevər Quru Qoşunları komandanı təyin edilib. Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı, admiral Adnan Özbalın səlahiyyət müddəti bir il uzadılıb.

Hazırda 240 nəfər olan general və admiralların sayı 2021-ci il avqustun 30-dan sonra 266 olacaq.

Qərara əsasən, 2021-ci il avqustun 30-dan etibarən general-leytenant Selçuk Bayraktaroğlu və Ali Sivriyə ordu generalı, general-mayor Levent Ergün və Metin Tokelə general-leytenant, Hərbi Dəniz Qüvvələri Komandanlığından kontr-admiral Kadir Yıldıza vitse-admiral, Hərbi Hava Qüvvələri Komandanlığından general-mayor Rafet Dalgakırana general-leytenant rütbəsi verilib.

Briqada generalları İlkay Altındağ, Sebahattin Kılınç, Gültekin Yaralı, Rafet Kılıç, Fedai Ünsal, Tuncay Altuğ, Rasim Yaldız və Aydın Cihan Uzuna Quru Qoşunları Komandanlığından general-mayor, Hərbi Dəniz Qüvvələri Komandanlığından kontr-admiral Yalçın Payal və Həsən Özyurta, həmçinin Hərbi Hava Qüvvələri Komandanlığından briqada generalı Orxan Gürdala general-mayor rütbəsi verilib.

OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...