Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı
Bakıda narkotiklə tutulan şəxs polis şöbəsindən qaçıb.

Sfera.az xəbər verir ki, avqustun 2-də narkotik vasitələrin daşınmasında şübhəli bilinərək saxlanılan şəxs Nizami Rayon Polis İdarəsinə gətirilib. Həmin şəxs İdarənin müvəqqəti saxlanılma yerinə yerləşdirilib.  

Saxlanılan şəxs həmin gün müvəqqəti saxlanılma yerinin pəncərəsini və dəmir barmaqlıqlarını yerindən çıxararaq pəncərədən çıxıb, idarənin həyətinə düşüb, daha sonra hasardan keçərək qaçıb. Hadisə ilə bağlı əməliyyat keçirilib və avqustun 3-də qaçan şəxs polis əməkdaşları tərəfindən tutub. 

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs qaçmağa cəhd edən zaman tutulub: "Onun hansı şəraitdə, necə qaçmağa cəhd göstərməsi ilə bağlı müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyev iki həftə əvvəl bu vəzifəyə təyin olunub. // "Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR

İmaməddin Əlimanovla bağlı hökm elan olundu

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. ...

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...