Azərbaycana dəhşətli istilər gəlir - Nə etməli?

Azərbaycana dəhşətli istilər gəlir - Nə etməli?
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun daha da yüksələcəyi, bəzi yerlərdə temperaturun 42-43 dərəcəyədək artacağı gözlənilir.

Sfera.az bildirir ki, isti havalar nəinki  insanlarda narahatlıq yaradır, həm də həyati təhlükə yaradan xəstəliklərə səbəb olur. 

Belə ki, normal şəraitdə bədən istiliyi təxminən 37 dərəcə olur, bu dəyərin bir qədər aşağı və ya yuxarı olması mümkündür. Alimlərin araşdırmasına görə, bədən istiliyinin 37,8 dərəcədən yuxarı qalxması isə narahatlıq yaradır. Həddindən artıq istilər susuzluğa, günvurmaya, bədənin enerjidən düşməsinə və mövcud sağlamlıq problemlərinin daha da pisləşməsinə gətirib çıxara bilər.  Bu halların simptomları və ilk yardımla bağlı məlumatlı olmaq isə çox vacibdir.
 
Dehidratasiya (bədəndə susuzlaşma) - Yüngül və ya orta dərəcədə dehidratasiya ürəyin daha sürətli döyünməsinə səbəb olur və tərləmə üçün mövcud olan mayeni azaldır. Əlamətləri -  başgicəllənmə, yorğunluq, əsəbilik, susuzluq, parlaq və ya tünd sarı sidik, iştahsızlıq və huşu getmək. Bu simptomları olan insanlar bol su içməli və sərin yerdə gözləməlidirlər.

İstilik spazmları - Xüsusilə hərəkət edərkən əzələ ağrıları və spazmlar bunun əlaməti ola bilər. Belə vəziyyətdə fəaliyyət dayandırılmalı, sərin yerdə dincəlməli və bol su içilməlidir. 

Bədənin enerjisiz qalması - Bədənin həddindən artıq su və duz itkisinə reaksiyasıdır. Bundan yaşlılar, xroniki xəstəlikləri olanlar və isti mühitdə işləyən və ya idman edənlər daha çox təsirlənir. Çoxlu tərləmə, solğun dəri, sürətli və ya zəif nəbz, tez-tez nəfəs alma, əzələ zəifliyi və ya spazmlar, yorğunluq, başgicəllənmə, başağrısı, ürəkbulanma və ya qusma kimi hallar bu problemin əlamətləridir. İlkin yardım kimi şəxsi sərin bir yerə aparmaq, artıq paltarları çıxarmaq, mümkünsə sərin bir duş aldırmaq və ya qoltuqaltı, boyun altına sərin əşyalar qoymaq lazımdır. 

Günvurma – Bədən istiliyinin 40,5 dərəcədən yuxarı qalxması ilə baş verir və son dərəcə ciddi bir vəziyyətdir. Bu səbəbdən bədən istiliyini sürətlə aşağı salmaq önəmlidir. Əlamətləri: bədən istiliyində qəfil artım, qırmızı, isti və quru dəri, quru şişmiş dil, sürətli nəbz, sürətli nəfəs alma, susuzluq, başağrısı, ürəkbulanma və ya qusma, başgicəllənmə, ləng danışma, şüursuzluq və.s. Günvurmadan əziyyət çəkən şəxs üçün ediləcək ilk şey təcili yardım çağırmaqdır. Şəxs huşsuzdursa, onun yanında olmağa və tez-tez düzgün nəfəs aldığını yoxlamağa ehtiyac var. Əgər şəxs şüurludursa, onu sərin bir yerə aparmaq və hərəkətsiz vəziyyətdə saxlamaq, eyni zaman su vermək, hər hansı bir üsulla temperaturu aşağı salmaq lazımdır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...