Buğda ilə özünütəminetmə pisləşib – Statistika nə deyir?

Buğda ilə özünütəminetmə pisləşib – Statistika nə deyir?
2020-ci ildə Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi 57,1 faizə geriləyib. Bu göstərici 2019-cu ildə 57,2 faiz, 2018-ci ildə 64,8 faiz idi.
 
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, buğda ilə özünütəmetmə səviyyəsi pisləşsə də taxıl məhsulları (çəltik istisna olmaqla) ilə özünütəminetmə səviyyəsi yaxşılaşıb. Yaxlışmaya səbəb qarğıdalı və digər taxıl növlərinin bəzilərində istehsalın artmasıdır.
 
Bitkiçilik məhsulları arasında özünütəminetmə səviyyəsi kartofda, üzümdə, narda yaxşılaşıb. Paxlalılarda, tərəvəzlərdə, meyvələrdə, pomidorda pisləşmə müşahidə olunub. Bostan məhsullarında isə vəziyyət dəyişməyib.
 
2020-ci ilin məlumatına əsasən, Azərbaycan özünü tərəvəzlə (110,4 faiz), bostan məhsulları ilə (100,8 faiz), meyvə (116,3 faiz), pomidor (131 faiz), qoz və fındıqla (138 faiz) tam təmin edir.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR