Deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı özbək dilində çap olundu

Deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı özbək dilində çap olundu
Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi” kitabı Daşkənddəki "Renessans press” nəşriyyatında özbək dilində nəfis tərtibatla çap olunub.

Sfera.az xəbər verir ki, kitabı orijinaldan tanınmış jurnalist Rüstəm Cabbarov tərcümə edib.

Kitabı çapa hazırlayan və "Ön söz”ün müəllifi AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir.

Əsər "Tarixdən doğulan gələcək”, "Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, "Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, "Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, "Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” fəsillərindən ibarətdir və müəllif bu günün tələblərinə uyğun olaraq əsərin özbək variantı üçün yeni faktlardan istifadə edib.

Kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə – Türk Dövlətləri Birliyinin yaradılması ideyasına həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır, türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, Böyük İpək yolu siyasətinin, Avrasiya geosiyasətinin inkişafı tarixində türklərin rolu, Avrasiyanın "Türk konsensusu" yeni yanaşma kontekstində təhlil edilir.

Kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...