“Doğduğun ev kaderindir” serialının ulduzu yanğınsöndürmə işlərinə kömək etdi - VİDEO

12:03 / 04.08.2021
1035
Məşhur aktyor İbrahim Çelikkolun son addımı sosial mediada böyük səs-səda doğurub.
Sfera.az bildirir ki, aktyor Milasa gedərək yanğınsöndürmə işlərinə kömək edib. Çelikkol Örendəki istilik reaktoruna doğru irəliləyən yanğını dayandırmaq üçün şlanqla alovları söndürüb.
Onun hadisə yerindən olan görüntüləri gündəm olub və müxtəlif yerlərdən aktyora dəstəklər gəlib.
Qeyd edək ki, İbrahim Çelikkol sonuncu dəfə "Doğduğun ev kaderindir” adlı serialda Mehdi adlı obrazı canlandırıb.
Türkan
Sfera.az