“Neftçi” Avropa Liqasına heç-heçə ilə başladı

“Neftçi” Avropa Liqasına heç-heçə ilə başladı
"Neftçi” bu gün Avropa Liqasında mübarizəyə start verib.

Sfera.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində HİK ilə ilk matçına çıxıb.

Bakıda baş tutan görüş 2:2 hesabı ilə başa çatıb.

Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Helsinkidə keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
3 avqust

21:00. Neftçi – HİK - 2:2 

Qol: Samir Buqrin, 59 - Riski, 61, Jair, 65

Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. "Bakcell Arena”.

"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 14. Roman Bask, 8. Emin Mahmudov, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 26. Ömər Buludov, 27. Fərid Yusifli

HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel Oşonessi, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 6. Jair, 10. Lukas Linqman, 24. Devid Braun,
11. Roope Riski, 27. Filip Valençiç

Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 22. Kevin-Kuassivi Benisson, 14. Sebastyan Dalström, 47. Matti Peltola, 7. Luis Enrike, 9. Riku Riski, 29. Entoni Olusanya

OXŞAR XƏBƏRLƏR