Bakıda tiryəkxana aşkar edildi, 5 nəfər saxlanıldı

Bakıda tiryəkxana aşkar edildi, 5 nəfər saxlanıldı
Suraxanı rayonu Bülbülə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı müəyyən edilib ki, qəsəbə ərazisində yerləşən həmin ünvanda narkotik vasitələrin qəbulu və satışı təşkil edilir.

Tədbir zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Suraxanı rayon sakinləri Tərlan Əsmətov, Rəhman Əliyev, Baloğlan Mehtiyev, Ruslan Doçenko və Xəlil Kavadze saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumilikdə 10 qarama yaxın heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Bülbülə və Əmircan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Bərdədə 61 yaşlı kişi faciəvi şəkildə öldü

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili il...

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...